Search Icon
Daxil ol
Ana səhifə Platforma haqqında Sınaqdan çıxmış preparatlar Xidmətlər Təcrübə sahələri Xəbərlər Əməkdaşlıq Əlaqə
Buğdada boş sünbül yaranmasının səbəbləri.
Buğdada boş sünbül yaranmasının səbəbləri. 10.01.2026

1. Çiçəkləmə dövründə abiotik stress Buğdada dənin əmələ gəlməsi çiçəkləmə mərhələsində (Zadoks 61–69) baş verir. Bu mərhələdə baş verən yüksək temperatur (30–32°C-dən yuxarı), gec yaz şaxtası, quru və isti küləklər, eləcə də torpaq və ya bitki səviyyəsində su çatışmazlığı polenin canlılığını azaldır. Nəticədə tozlanma və mayalanma prosesi pozulur və dən formalaşmır. 2. Azot qidalanmasının balanssızlığı Azot vegetativ inkişaf üçün əsas elementdir, lakin çiçəkləmə öncəsi və çiçəkləmə zamanı azot çatışmazlığı zülal sintezinin zəifləməsinə, polenin zəif inkişafına səbəb olur. Torpaqda azotun mövcud olması həmişə kifayət etmir; xüsusilə yarpaqdan azot verilmədikdə reproduktiv orqanlar lazımi səviyyədə qidalanmır və boş dənlər əmələ gəlir. 3. Bor çatışmazlığı Bor polen borusunun inkişafı üçün vacib mikroelementdir. Bor çatışmazlığı zamanı polen dişiciyə çatmır, mayalanma baş vermir. Bu halda bitki zahirən normal inkişaf etsə də, sünbüllərdə dən bağlamama müşahidə olunur. Bu fenomen aqronomiyada “gizli sterillik” kimi tanınır. 4. Sink çatışmazlığı Sink bitkidə hormon balansının tənzimlənməsində və çiçək orqanlarının normal formalaşmasında mühüm rol oynayır. Sink çatışmazlığı çiçək strukturlarının zəifləməsinə, nəticədə mayalanma prosesinin pozulmasına səbəb olur. Xüsusilə yüksək pH-lı və karbonatlı torpaqlarda bu problem daha çox müşahidə edilir. 5. Fotosintezin zəifləməsi və assimilant çatışmazlığı Dənin formalaşması və dolması üçün yarpaqlardan sünbülə kifayət qədər fotosintetik məhsulların daşınması tələb olunur. Yarpaqların erkən saralması, xəstəliklər, qida maddələrinin gec və ya qeyri-kafi verilməsi assimilant axınını zəiflədir. Enerji çatışmazlığı nəticəsində dənlər inkişafın erkən mərhələsində aborta uğrayır. 6. Genetik xüsusiyyətlər (sort amili) Buğda sortları stres amillərinə müxtəlif dərəcədə həssasdır. Bəzi sortlar istiliyə və quraqlığa daha dözümsüz olub, stres şəraitində daha çox boş sünbül əmələ gətirir. Bu, genetik səviyyədə reproduktiv stabilliklə bağlıdır. 7. Xəstəliklərin təsiri Xüsusilə çiçəkləmə dövründə müşahidə olunan fusarioz kimi sünbül xəstəlikləri toxumcuğun zədələnməsinə səbəb olur. Zədələnmiş toxumcuq normal inkişaf edə bilmədiyi üçün dən formalaşmır və boş sünbül yaranır. Ümumi elmi nəticə Buğdada boş sünbül yaranmasının əsas səbəbi çiçəkləmə dövründə reproduktiv proseslərin pozulmasıdır. Bu pozulma əsasən temperatur və su stressi, azot və mikroelementlərin (bor, sink) balanssızlığı, eləcə də sortun genetik xüsusiyyətləri ilə əlaqədardır.

Ətraflı bax
  • 1
  • 2