Ormus Azot gübrəsi bitkilərdə yaşıllığı
artırmaqla yanaşı şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin
miqdarını da artırır. Torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun
reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla torpaq münbitliyinin artmasında aktiv iştirak edir. Bitkilərin generativ
orqanlarının inkşafını stimullaşdırır. Tərkibindəki Dəmir (Fe), Sink (Zn),
Manqan (Mn) və Bor (B), Molibden (Mo) kimi mikroelementlə bitkilərin xəstəliklərə qarşı
müqavimətini artırır.
Tərkibi:
K-Humat |
10.00 % |
Üzvi Maddə |
6.00 % |
Humin Turşu və Fulvo Turşu |
6.00 % |
Maqnezium |
4.00 % |
Sink Sulfat |
0,88 % |
Sink |
3,00 % |
Dəmir oksid |
3,00 % |
Dəmir |
1,05 % |
Manqan Sulfat |
2,50 % |
Manqan |
0,72 % |
Boraks |
2,50 % |
Bor |
1,09 % |
Mis xlorid |
0,02 % |
Molibden Oksid |
0,02 % |
1 litr Ormus azotu 40 litr su ilə qarışdırılır, nasos və damcı vasitəsilə verilir. Preparatın istifadəsi 1 hektar sahəyə 30-40 litr preparat tövsiyə olunur. Meyvə bitkilərinə çiçəkləmədən əvvəl və sonra tətbiq olunur. Tərəvəz, taxıl və paxlalı bitkilərin hündürlüyü 25-30 sm olanda və 1 ay sonra verilir.