Kənd təsərrüfatı istehsalında suvarma suyunun keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.Su mənbələrindən suvarma məqsədilə istifadə etməzdən əvvəl sudan nümunələr götürülərək onun suvarma üçün yararlılığının müəyyənləşdirilməsi olduqca vacibdir. Suyun analizi onun tərkibində olan asılı gətirmələrin miqdarını da müəyyənləşdirməyə imkan verir. Suvarma suyunun analizi zamanı suyun pH-ı, duzluluğu, codluğu, temperatur və s. müəyyənləşdirilir. Xüsusilə, təsərrüfatda əkiləcək bitkilərin suvarma suyunun keyfiyyət normalarına diqqət yetirilməlidir.