Torpaq analizi fermerlərə öz sahələrindən daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Əkin sahələrinə müvafiq gübrə növünün seçilməsi, gübrələrin norma və nisbətlərinin düzgün təyin edilməsi üçün torpaq analizləri mühüm əhəmiyyət kəsb edir. Torpaq analizlərinin aparılması nəticəsində: - torpağın qranulometrik tərkibi(teksturası); - torpağın sıxlığı, məsaməliliyi; - torpağın nəmliyi - tələb olunan qida elementlərinin miqdarı (NPK); - üzvi maddə miqdarı (humus); - pH; - duzluluq; - karbonatlılıq müəyyənləşdirilir. Unutmayıın! Ərazinin düzgün gübrə ehtiyacı yalnız torpaq analizlərinin nəticələrinə əsasən müəyyən edilə bilər!