Sağlam və keyfiyyətli toxum yüksək məhsuldarlığın əsasını təşkil edir. Səpin üçün tələb olunan xüsusiyyətlərə malik olmayan toxumlardan istifadə məqsədə uyğun hesab edilmir. Toxumların seçilməsi məhsuldarlığı və məhsulun keyfiyyətini artırmaq nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Fermerlər sağlam toxumlarla yanaşı, toxumların cücərmə
müddətini, cücərmə potensialını, eyni zamanda rentabelliyini də yoxlamalıdırlar.
Ümumiyyətlə,
yüksək və sağlam məhsul əldə etmək üçün keyfiyyətli toxum seçmək
vacibdir. Səpinə yararlı toxumlar yüksək məhsuldar, başqa sort, alaq otu və
müxtəlif qarışıqlardan təmiz, sağlam, zərərvericilər tərəfindən zədələnməmiş və
uzun müddət saxlanmağa imkan verən nəmliyə malik olmalıdır.
Əkin
materialının səpin keyfiyyətini müəyyən etmək məqsədilə tərəfimizdən aşağıdakı
analizlər təklif olunur:
-
toxumların cücərmə enerjisi və cücərmə qabiliyyətinin təyini
-
toxumların nəmliyinin təyini
-
1000 toxumun kütləsinin təyini
-
kənd təsərrüfatı bitkilərinin toxumlarının təmizliyi
-
toxumların xəstəliklərə yoluxmasının təyini
Qeyd
edilən göstəricilərin əsasında toxumun əkinə yararlılığı və məhsuldarlıq
potensialı müəyyən olunur.