Dənin
keyfiyyət analizi dən məhsullarının keyfiyyətini, təhlükəsizliyini və
standartlara uyğunluğunu qiymətləndirmək üçün aparılır. Keyfiyyət analizi məhsulun
müxtəlif sahələrdə effektiv istifadəsini təmin edir. Keyfiyyət dənin saxlanma şəraitindən
də asılıdır. Dənin keyfiyyəti dedikdə,
onun fiziki, kimyəvi və qida dəyəri xüsusiyyətləri nəzərdə tutulur. Dənin
keyfiyyəti kompleks təsərrüfat əhəmiyyətli göstəricilərin qiymətləndirilməsinə əsaslanır.
Bunun üçün aşağıdakı analizlər edilir.
- 1000 dənin kütləsi,
- dənin şüşəvariliyi,
- sedimentasiya,
- zülal,
- qluten (və ya kleykovina),
- qluten indeksi,
- natura kütləsi,
- dənin nəmliyi,
- un çıxımı.
Dənin keyfiyyətinin təhlili
kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir, taxılın istehlak və emal üçün standartlara uyğunluğunu təmin edir