GPSS platformalarında kənd təsərrüfatında istifadə olunan Polly Mol, Sat Nutvance və Alexin K aqrokimyəvi preparatlarının effektivliyini qiymətləndirmək məqsədilə tarla sınaqları təşkil edilmişdir. Sınaq sahəsi 50 kvadratmetrə bölünərək müxtəlif dalənkalar şəklində qurulmuşdur. Sınaqlarda bitki kimi yüksək məhsuldarlığı və xəstəliklərə dözümlülüyü ilə seçilən buğda bitkisinin Xəzri sortu seçilmişdir. Sınaqlarda işçi məhlul kimi 200 litr/ha norması tətbiq olunmuş, preparatların bitkiyə təsiri və məhsuldarlıq göstəriciləri elmi metodologiyalara əsasən izlənmişdir. Bu proses çərçivəsində aqrokimyəvi preparatların effektivliyini və bitkinin inkişaf mərhələlərinə təsirini müəyyən etmək üçün sistemli fenoloji müşahidələr aparılmışdır. Keçirilən sınaqların nəticələri kənd təsərrüfatında preparatların düzgün istifadəsinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.